Niyazi Bayramov idmançılarla görüşdü - Fotolar
Gəncədə 2022-ci ilin son 4 ayı ərzində Dünya, Avropa, İslam Həmrəylik Oyunları və Beynəlxalq qranpridə mükafata layiq görülmüş idmançılar və onların məşqçiləri ilə görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhərin idman ictimaiyyətinin nümayəndələri, məşqçilər və idmançılar iştirak ediblər.
Niyazi Bayramov çıxışında bildirib ki, dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi yaradır: “Milli Olimpiya Komitəsinin sədri, Prezident İlham Əliyev idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradıb. Bugün onun nəticəsidir ki, ölkəmizin hər bölgəsindən olduğu kimi, Gəncə şəhərinin idmançıları da beynəlxalq arenalarda müvəffəqiyyətlə Vətənə qayıdırlar. Niyazi Bayramov qazandıqları uğur münasibətilə idmançıları təbrik edərək onlara daha böyük qələbələr arzulayıb.
Çıxış edənlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə idmanın inkişafına göstərdikləri qayğıdan söz açıblar və ölkə rəhbərinə idman sahəsində yaradılan yüksək şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda Dünya, Avropa, İslam Həmrəylik Oyunları və Beynəlxalq qranpridə mükafata layiq görülmüş idmançılara və onların məşqçilərinə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...