Biləcəridə növbəti əməliyyat - Video
Binəqədi RPİ tərəfindən Biləcəri qəsəbəsində son 1 həftədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 44 nəfər saxlanılıb.
Bu barədə DİN Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, Binəqədi rayonunun digər kənd və qəsəbələrində son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 46 nəfər tutularaq istintaqa cəlb edilib. Bu şəxslərdən Akşin Rüstəmov, Şəmistan İngiliszadə, Xəyala Hacıyeva, Asim Xanəliyev, Ramil Davudov və Yalçın Əmiraslanov birbaşa olaraq Binəqədi rayonunda narkotik maddələrin satışını təşkil edən şəxslər olublar. Saxlanılan digər şəxslər isə onlar tərəfindən müxtəlif şirnikləndirici təkliflər müqabilində narkokuryerliyə cəlb edilənlər olublar. Bu şəxslərin üzərlərinə, evlərinə və avtomobillərinə baxış zamanı ümumilikdə 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkar olunub.
Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən intensiv mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl video bloger Nail Kəmərli Biləcəridə narkotik vasitələrin satışı ilə bağlı material yayımlamışdı.
-
Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı
...
-
Bakıda qəribə olay
...
-
Bakıda bu məktəbin şagirdlərinə narkotik satılırmış...
...
-
Bakı hava limanında əməliyyat - 3 nəfər tutuldu
...
-
Bakıda 34 narkotacir saxlanılıb
...
-
Özünü DTX əməkdaşı kimi təqdim edərək 9 min pul “atdı”
...
-
Vatsapla bağlı dələduzluq - DİN əhaliyə müraciət etdi
...
-
Əvəz Zeynallı ilə Elçin Sadıqovun həbsi barədə - Rəsmi məlumat
...
-
Biləcəridə növbəti əməliyyat - Video
...
-
Bakıda 18 yaşlı qız qaçırıldı
...