Bu gün Azərbaycanda Bilik Günüdür
Bu gün Azərbaycanda 2022-2023-ci tədris ilinin ilk dərs günüdür.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusu tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən xeyli sayda hərbçimiz şəhid olub. Bu səbəbdən Elm və Təhsil Nazirliyi Azərbaycanın bütün ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edib.
Nazirlikdən həmçinin bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində şagirdlərin ümumi sayı 1 616 214 nəfərdir. 158 297 şagird I sinifdə, 147 029 şagird IX sinifdə, 100 455 şagird isə XI sinifdə təhsil alacaq.
-
Məktəb direktorlarının təyinatı səlahiyyəti Təhsil Nazirliyinə verilib
...
-
Azərbaycanda tələbə təqaüdlərinin məbləği artırılıb
...
-
BANM tələbələri startap müsabiqəsinin qalibi oldular - Fotolar
...
-
Müəllimlərin əməkhaqları artırıldı
...
-
Bakıda daha bir müəllim koronavirusdan vəfat etdi
...
-
Tələbə təhsil kreditləri ilə bağlı güzəştlərin detalları açıqlanıb
...
-
Azərbaycanda rektor və məktəb direktoru işləyən qadınların sayı açıqlanıb
...
-
İbtidai siniflərin payız tətili başlayıb
...
-
Bakı Dövlət Universitetində REAL VƏZİYYƏT - Zahid Hüseynli YAZIR
...
-
Sinif otağı odun sobası ilə qızdırılır? - AÇIQLAMA
...