Özünü DTX əməkdaşı kimi təqdim edərək 9 min pul “atdı”
Bakı sakini Fərid Xudatzadə özünü DTX əməkdaşı kimi təqdim edərək iki nəfər qarşı dələduzluq edib.
O, özünü Dövlət Təhlükəsizliyi Xidmətində baş leytenant işlədiyini bildirib vətəndaş Pərviz Məmmədovdan 6150 manat alıb. Onu DTX-də sürücü kimi işə düzəldəcəyini bildirib. O eyni əməli Pərvizun tanışı Roman İbrahimova qarşı da törədib. F.Xudatzadə Romandan 3030 manat alaraq onu da qurumda sürücü kimi işə qəbul etdirəcəyini bildirib.
Onun əməlləri ilə bağlı cinayət işi başlanıb. Fərid Xudatzadəyə Cinayət Məcəlləsinin 178 (dələduzluq) 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4 312.2-ci (Rüşvət vermədə iştirakçılıq) maddələri ilə ittiham elan olunub.
Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
-
Profilində narkotiki təbliğ etdi, həbs olundu
...
-
DTX casusluq edən xarici ölkə vətəndaşını həbs etdi
...
-
Samir Salam saxlanıldı
...
-
Maştağanın əsas narkotaciri tutuldu - Video
...
-
DTX metroda terror olacağına dair səs yayan şəxsi saxladı
...
-
Həmin gün “Bravo”da ələ keçirilən pulun məbləği məlum oldu
...
-
Nərimanovda aparatdan 29 min manat oğurlandı - Kameraya düşdü
...
-
Hipermarketə silahlı basqının anbaan görüntüsü - Video
...
-
Rəşad Dağlının həbs müddəti uzadıldı
...
-
“Bravo”da silahlı insident, ölən və yaralanan var - Video
...