Anım Günü Şamaxıda silsilə tədbirlərlə qeyd olundu
27 sentyabr - Vətən müharibəsinin ikinci ildönümü Şamaxı rayonunda da silsilə tədbirlərlə qeyd olunub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Tamam Cəfərova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, təşkilat və müəssisələrinin kollektivləri və rayon sakinləri tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub, məzarlar üzərinə tər çiçəklər düzülüb.
Tədbirlər çərçivəsində Şəhidlər xiyabanı ətrafındakı ərazidə rayon ictimaiyyətinin iştirakı ilə ağaclar əkilib.
Şamaxı Tarix-diyarşünaslıq muzeyinin qarşısında təşkil olunmuş rəsmi tədbirdə çıxış edən RİH başçısı Tahir Məmmədov şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Ölkəmizin hər yerində olduğu kimi saat 12:00-da şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
27 Sentyabr - Anım Günü ilə əlaqədar rayon rəsmiləri rayonun ayrı-ayrı kəndlərində dəfn olunan şəhidlərin məzarlarını ziyarət edib, həmçinin Vətən müharibəsinin ilk günü şəhid olan Rza Məmmədov, İsaxan Qanıyev və Nadir Soltanovun şəhidlik zirvəsinə ucalmalarının 2 ili münasibətilə ailələrinə baş çəkiblər.
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...