Finala az qalır - Fotolar
Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən Bakı kənd və qəsəbələri arasında futbol turnirində 18 final mərhələsi başa çatıb.
32 kənd və qəsəbənin uşaq futbol komandası arasında təşkil olunan turnir böyük marağa səbəb olub. 18 final mərhələsinin oyunlarında da balaca futbolçular bir-birindən maraqlı qollarla yadda qalıb. Bu mərhələdə qələbə qazanan “Ramana”, “Sabunçu”, “Mehdiabad”, “Məmmədli”, “Yeni Suraxanı”, “Əhmədli”, “Mərdəkan” və “Binə” komandaları mübarizəni 14 finalda davam etdirəcək.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır. Yarışlara 2010-2011-ci il təvəllüdlü, ümumilikdə 350-dən çox uşaq cəlb olunub. İlk mərhələdə 8 qrupda start götürən turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...