“Nar” yerli İT peşəkarlarının yetişməsinə dəstək olur
Azərbaycanda İT ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi yetişməsi məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) təsis edilmiş “Nar” GSM laboratoriyası yeni avadanlıqlarla təchiz edildi.
Yeniliklərlə tanış olmaq məqsədilə, “Nar” rəhbərliyi universitetin rəhbər heyətilə birgə laboratoriyanı ziyarət etdi və faydalı əməkdaşlığı daha da genişləndirmək barədə müzakirə apardı. Müxtəlif mobil rabitə cihazları ilə təchiz edilmiş laboratoriyada tələbələr sərbəst şəkildə lokal mobil şəbəkə yaradaraq telekommunikasiyanı təcrübədə öyrənir.
“Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) Baş İcraçı Direktoru Qunnar Panke Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrə verdiyi dəyərə görə rektor Vilayət Vəliyevə təşəkkür edib.
““Nar” olaraq, mobil rabitə sahəsində sahib olduğumuz bilikləri texniki ixtisaslar üzrə təhsil alan tələbələrlə paylaşaraq onların peşəkar mobil rabitə mütəxəssisləri kimi yetişməsini qarşımıza hədəf qoymuşuq. Bu mənada, universitetinizdə həyata keçirdiyimiz layihələr ümumilikdə Azərbaycanın rabitə bazarı üçün əhəmiyyət kəsb edir.” – deyə Qunnar Panke bildirdi.
Göstərdiyi dəstəyə görə, mobil operatora minnətdarlığını bildirən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Nar” GSM laboratoriyasının universitet üçün əhəmiyyətini vurğulayıb: “Laboratoriyadakı cihazlarla işləyən tələbələr öz nəzəri biliklərini təcrübədə öyrənmək imkanı əldə edir. Laboratoriyada qazandıqları təcrübi biliklər yaxın gələcəkdə tələbələrin karyerasında mühüm rol oynayacaq və onlar universitetimizdən məzun olduqdan sonra qısa müddət ərzində rabitə sahəsinin peşəkarları olacaqlar.”
Qeyd edək ki, “Nar” GSM Laboratoriyası 2013-cü ildə “Nar” və AzTU arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
Vatsapda yeni funksiya
...
-
“Azeri Light”ın qiyməti 80 dolları ötdü
...
-
“Nar” gəncləri nitq bacarıqlarını gücləndirməyə dəvət edir
...
-
SOCAR “Qalatasaray”a sponsor oldu - 5 milyonluq anlaşma
...
-
Nar Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib
...
-
Bu tarixdə yeni 1 manatlıqlar tədavülə buraxılacaq
...
-
Salyanda “Aqrar sahənin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
...
-
Nar yeniyetmələrin sağlam həyat tərzi üçün boks təliminə dəstək olur
...
-
Avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiq - Sadə və sürətli!
...
-
Neftimizin qiyməti 80 dollara çatır
...