Bakı səs çoxluğu ilə FIA Baş Assambleyasının ev sahibi seçildi
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının 2023-cü ildəki toplantısı və mükafatlandırma mərasimi Bakıda keçiriləcək.
Bu barədə FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərində keçirilən iclasında qərar verilib.
Toplantıda ölkəmizi Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.
Qeyd edək ki, FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasiminə ev sahibliyi etmək üçün bir neçə ölkə, həmçinin, Azərbaycan müraciət etmişdi. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq olunub. Beləliklə, Bakı 2023-cü ilin 4-8 dekabr tarixlərində bu beynəlxalq tədbirə ev sahibliyi edəcək. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasimi tədbirləri zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcək.
İllik və ya növbədənkənar çağırılan Baş Assambleya FIA-nın ali qərarverici orqanıdır və Beynəlxalq Avtomobil Federasiyasının üzv təşkilatlarını təmsil edən avtoidman federasiyalarından (klublardan) və mobillik sahəsində fəaliyyət göstərən klublardan ibarətdir. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.
Mükafatlandırma mərasimi isə (FIA Prize-Giving Ceremony) avtomobil idmanı üzrə mötəbər tədbirlərdən biri sayılır. 2011-ci ildən keçirilən bu mərasim FIA Baş Assambleyasının yekununda təşkil olunur və tədbirdə avtomobil idmanı üzrə müxtəlif mükafatlar təqdim edilir.
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...