Təmraz Tağıyev TDBB-nin İdarə heyətinin iclasında çıxış edib
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri, Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) İdarə heyətinin üzvü Təmraz Tağıyev birliyin idarə heyətinin növbəti iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.
Konya Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Səlcuqlu Konqres mərkəzində keçiriləcək iclasda birlik tərəfindən cari ildə görülən işlərə yekun vurulub, habelə növbəti il üçün görüləcək işlərin planı müzakirə edilərək qəbul edilib.
İdarə heyətinin iclasında Təmraz Tağıyevin genişməzmunlu çıxışı olub. Çıxışında assosiasiya sədri bildirib ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab edib.
Çıxışının sonunda sədr bildirib ki, bu münasibətlərin növbəti səhifəsi cənab Prezident İlham Əliyevin Sərəncamıyla növbəti 2023-cü ili Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsiylə bağlıdır. Sədr ölkə başçısnın qərarınn türk dünyası üçün önəmli bir qərar olduğunu bildirib.
T.Tağıyev bildirib ki, idarə heyətinin qərarıyla TDBB-nin növbəti iclaslarının birini Şuşa şəhərində keçirilməsi planlaşdırılıb.
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...