Bakıda havanın temperaturu yüksələcək
“Yaxın günlər ərzində ölkədə hava şəraitini nisbətən yüksək atmosfer təzyiqi sahəsi təyin edəcək. Şuşada, Kəlbəcərdə və Laçında yaxın günlərdə hava şəraitinin yağmursuz keçməsi proqnozlaşdırılır”.
Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun bildirib ki, səhər və axşam saatlarında dumanlı olacaq: “Gecə saatlarında şaxta 2 dərəcədən 7 dərəcəyə kimi olacaq. Gündüz saatlarında temperaturun müsbət olması, günorta saatlarında isə 3-5 dərəcə isti olacağı gözlənilir. Lakin səhər saatlarında və axşama doğru temperatur bir qədər enərək 0, -2, -3 dərəcə intervalında dəyişəcək. Respublikanın digər rayonlarında həftənin sonuna kimi əsasən yağmursuz hava şəraiti olacaq. Ayın 16-da bəzi şimal və şərq rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var”.
Həmçinin Umayra Tağıyeva bildirib ki, Bakıda və Abşeron yarımadasında ayın 14-ü axşam və 15-də, sonra isə ayın 16-sı axşamdan 17-si səhər və gecə saatlarında şimal küləyinin arabir 15-17 metrə qədər güclənməsi proqnozlaşdırılır. Havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə yüksələcək və öz iqlim normasına yaxınlaşacaq.(qafqazinfo)
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...