Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub
"Vüqar Həşimov Memorialı-2022" superturniri çərçivəsində media nümayəndələri arasında keçirilən şahmat yarışının mükafatçıları müəyyənləşib.
Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Hər iştirakçıya görüşün sonunadək 10 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 3 saniyə vaxt verilib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 6,5 xal toplayan "sport24.az" saytının baş redaktoru Ceyhun Əliyev birinci olub. AZƏRTAC-ın əməkdaşı Ramiz Quliyev 6 xalla yarışı ikinci, "milli.az" saytının redaktoru Zaur Həsənəliyev isə 5,5 xalla üçüncü pillədə başa vurublar.
İlk üç pilləni tutan media nümayəndələrinə, müvafiq olaraq 500, 400, 300 manat pul mükafatı, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim olunub.
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...