Rafiq Cəlilov Vətən müharibəsi qazisini ziyarət edib
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən müharibəsi qazisi Hüseynov Elnur Malik oğlunu evində ziyarət edib.
Rafiq Cəlilov qazi ilə söhbət zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, əsgər və zabitlərimizin şücaətindən, habelə bu gün ölkəmizdə şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısından danışıb.
Elnur Hüseynov cəbhə xatirələrini bölüşüb, keçdiyi döyüş yolundan danışıb.
Sonra ailənin qayğıları ilə maraqlanılıb, RİH başçısı tərəfindən qaziyə smartfon telefon hədiyyə edilib, yardım göstərilib.
Vətən müharibəsi qazisi və valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Cəlilabad şəhərində yaşayan qəhrəman döyüşçü “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
-
Salyanda “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda toplantı keçirilib
...
-
Sabaha 36° isti gözlənilir
...
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...