Qurban Qurbanov yeni transferdən danışdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın yeni transferi Adama Diakabi ilə bağlı danışıb.
Məşqçi bu gün Antalyada “Rakuv”a (Polşa) qarşı yoxlama matçından (0:3) sonra jurnalistlərə açıqlamasında bunları deyib: “O, çoxdandır oynamırdı (Adama 2022-ci ilin iyununda klubsuz idi - red.). İdman formasını qaytarmaq çox çətin olacaq. Oyun ritminə düşmək üçün vaxt lazımdır. Ehtiyatlı olmalıyıq, tələssək, futbolçu “yana” bilər. Proqramlı şəkildə hazırlamağa çalışacağıq. Bacarıqlı futbolçudur. İnanıram ki, bizə faydası çox olacaq. Onu əvvəlki formasına qaytarmağa çalışacağıq”.
Xatırladaq ki, Adama Ağdam klubuna azad agent qismində keçib. Onun son klubu Fransa “Amyen”i olub. 2022-ci ilin yayında Fransa təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu klubsuz idi.
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...