Qaradağın icra başçısı bu dəfə 40 vətəndaşı qəbul etdi
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbəsində səyyar qəbulu keçirilib.
Qəbulda Çeyildağ qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 40-a yaxın qəsəbə sakini iştirak edib. Sakinlərdən 7 nəfəri fərdi qaydada dinləyən başçı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.
-
Dini və mənəvi bağlılıq hər zaman olub və olacaq
...
-
COP29-a Misirdən beynəlxalq platformada dəstək
...
-
Sabitlik olmadan inkişaf yoxdur
...
-
Sülh və sağlam əməkdaşlıq örnəyinə çevrilən səylər
...
-
Prinsipial mövqe
...
-
Qarşılıqlı əlaqələrin inkişafında yeni səhifə
...
-
Türk dünyası böyük gücə çevrilir
...
-
Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır
...
-
Türk dünyası vahid ailədə
...
-
Yağış, külək, dolu... - Sabahın havası
...