Rayon taksiləri üçün Bakıda pulsuz dayanacaq yaradıldı
Bakıdan bölgələrə taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) pulsuz dayanacaq yaradılıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. O bildirib ki, paytaxtın 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksilər üçün BBAK-da ödənişsiz duracaq yeri təşkil edilib:
“Taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, vətəndaş məmnunluğu və təhlükəsizliyi, müxtəlif ərazilərdə tıxacların azaldılması üçün sürücü və sərnişinlərin belə duracaqlarından istifadəsi zəruridir”.
-
Sumqayıt Bulvarı – Xəzərin sahilindəki möcüzə
...
-
Sabah 26° isti olacaq
...
-
Sabahın havası - 27° isti
...
-
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
...
-
Azərbaycan- İran dostluğu və əməkdaşlığı bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmli məsələdir
...
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub
...
-
Bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır
...
-
Önəmli amil
...
-
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir
...
-
Gələcəyə yönəlmiş əməkdaşlıq
...