“Neftçi” əzmkar qələbə ilə finalda - Video
Futbol üzrə Azərbaycan kubokunda yarımfinalın cavab oyunlarına start verilib.
Ilk oyun günündə “Neftçi” “Turan Tovuz”u qəbul edib.
Tovuzda baş tutmuş ilk oyunda meydan sahibləri 1:0 hesabıyla qalib gəlmişdilər. Bu üzdən “Turan Tovuz”a finala çıxmaq üçün səfərdə heç-heçə də bəs edirdi. “Neftçi” isə mərhələ adlamaq üçün mütləq inamlı qələbə qazanmalıydı. Matçın sonuna kimi istəyinə çatmaqda çətinlik çəkən paytaxt təmsilçisi yalnız əlavə olunmuş dəqiqələrdə vurulan qollarla Tovuz klubunu mübarizədən kənarlaşdırmağı bacarıb.
Digər yarımfinal görüşü sabah “Səbail”lə “Qəbələ” arasında olacaq.
Azərbaycan kuboku
Yarımfinalın cavab oyunu
26 aprel
Neftçi – Turan Tovuz 2:0
Qollar: Emin Mahmudov, 90+3. Kenni Sayef, 90+8.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov.
Bakı. “Bakcell Arena”. Saat 20:00
İlk oyun – 0:1.
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...