Formula 1 daha 3 il Azərbaycanda
Formula 1 yarışları 2026-cı ilə qədər Azərbaycanda davam edəcək.
Bu barədə müqaviləni Formula 1 prezidenti Stefano Dominikali və gənclər və idman naziri Fərid Qayıbov imzalayıb.
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali Bakı Şəhər Halqası Formula 1 üçün olduqca populyar məkana çevrildiyini bildirib:
“Bu, həmişə böyük dramaturgiya təqdim edən və dünyanın ən maraqlı yarışlarına ev sahibliyi edən inanılmaz trasdır. Biz Azərbaycan ölkəsi ilə əlaqələrimizi genişləndirməkdən şadıq və birgə inkişafımızı davam etdirməyi səbirsizliklə gözləyirik”.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov isə Formula 1-in şəhərimizə iqtisadi, sosial və mədəni təsiri olduğunu deyib:
“ Formula 1 Azərbaycan qran-prisi bütün ölkə üçün böyük qürur mənbəyidir və indi daha üç il ərzində azarkeşlərimizi ruhlandırmaqda və həyəcanlandırmaqda davam edəcək”.
Qeyd edək ki, Formula 1 yarışları Azərbaycanda 2016-cı ildən keçirilir.
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
...
-
Azərbaycan Premyer Liqasında sonuncu tura vacib oyunlarla start verilir
...
-
Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub
...
-
Millimizin Qəbələdə bütün rəqibləri bəlli oldu
...
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...