DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdilər - Foto
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı ulu öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib.
Yürüş iştirakçıları relyef və iqlim şəraitinin sərt və mürəkkəb olmasına baxmayaraq, müəyyən olunmuş yerə vaxtında çatıb, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anıblar.
Onlar Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin adı və emblemi olan plakatı, həmçinin işğaldan azad olunmuş ərazilərdəki təbii yataqlardan götürülən qaya parçasından hazırlanıb və üzərində ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü əks etdirən xatirə daş lövhəsini zirvəyə yerləşdiriblər.
-
Sabah 26° isti olacaq
...
-
Sabahın havası - 27° isti
...
-
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
...
-
Azərbaycan- İran dostluğu və əməkdaşlığı bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmli məsələdir
...
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub
...
-
Bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır
...
-
Önəmli amil
...
-
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir
...
-
Gələcəyə yönəlmiş əməkdaşlıq
...
-
Azərbaycan diplomatiyasının prioriteti
...