Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023”ün ilk medalçıları məlum olub - Fotolar
Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"ün ilk mükafatçıları bəlli olub.
İlk olaraq kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib.
8 idmançının medal uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Robin Valter tutub. O, mərhələni 217.6 xalla, bürünc medalla başa vurub.
Gümüş medalı Ukrayna təmsilçisi Oleq Omelçuk əldə edib. O, 239.8 xal qazanıb.
Yarışın qalibi isə iranlı Sacad Purhüseyni olub. 240.2 xal toplayan idmançı rəqibini 0.4 xalla qabaqlaya bilib.
Səcad Purhüseyni mükafatlandırma mərasimindən sonra açıqlama verib: “Ötən il də Azərbaycana gəlmişdik. Həmin vaxt komanda növündə qızıl medal qazanmışdıq. Bu dəfə isə fərdi atışda qızıl medala yiyələndim. Bu, karyeram ərzində fərdi atışda ilk qızıl medaldır. Burada olduğuma görə şadam. Yaradılan şərait yüksək səviyyədədir. Bakının gözəlliyindən həzz alıram”.
Ukrayna komandasının üzvü, gümüş medal sahibi Oleq Omelçuk iştirakçıların sayına və qücünə görə mübarizənin gərgin şəraitdə keçdiyini və ikinci yeri özü üçün böyük uğur hesab etdiyini bildirib.
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...