Çiyələk festivalında maraqlı anlar - Video + Fotolar
mayın 20-də Cəlilabadda Çiyələk festivalı keçirilib.
Festivalda 10 böyük çiyələkçi sahibkar, 30-dan çox digər bölmələrə aid şirkətlər iştirak edib. Ümumilikdə festivala 60 mindən çox adam gəlib. Ziyarətçilər arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları da olub.
Qeyd edək ki, bu festival Respublikada ikinci dəfədir təşkil edilir. Festivalda çiyələk sortları ilə yanaşı, kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və çevrilən çiyələk məhsulları təqdim olunub. Nümayiş etdirilən əl işləri, idmançıların, rəqs və musiqi qruplarının çıxışları alqışlarla qarşılanıb. Festival bayram konserti ilə davam edib. Yeri gəlmişkən, konsert zamanı ifa edilən "Xudayar təsnifi" qonaqlara duyğulu anlar yaşadıb.
Xatırladaq ki, Cəlilabad rayonu çiyələk istehsalı üzrə Avropada 6-cı, dünyada 10-cu sıradadır.
-
Musiqili Teatrda “Sevənlərindir dünya”nın premyerası anşlaqla keçdi
...
-
Musiqili Teatrın kollektivi Gəncədə uğurla çıxış edib
...
-
Heydər Əliyev Mərkəzində caz günləri başlayır
...
-
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının açılış konserti olub
...
-
Teatr Xadimləri İttifaqı Musiqili Teatrın aktrisasını mükafatlandırıb
...
-
Musiqili Teatrda Qurtuluş Günü qeyd olunub
...
-
Saatlıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar konsert tədbiri keçirilib
...
-
Salyanda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgi təşkil edilib - FOTOLAR
...
-
Sabah Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək
...
-
Xalq artistindən məşhur mahnıya ikinci nəfəs
...