Teatr Xadimləri İttifaqı Musiqili Teatrın aktrisasını mükafatlandırıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası Gülcahan Salamova teatr sahəsində səmərəli fəaliyyətinə, eyni zamanda, 60 illik yubileyi münasibətilə Teatr Xadimləri İttifaqının mükafatına layiq görülüb.
Teatrdan bildirilib ki, aktrisanın iştirak etdiyi “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyasının nümayişindən sonra sənət ocağının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova onun səhnə fəaliyyətindən danışıb.
Sonra Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova Gülcahan Salamovaya fəxri fərman təqdim edib.
Vaxtı ilə bu tamaşanın Naznazı, hazırda Səlbi (Naznazın anası) obrazının ifaçısı olan Gülcahan xanım ona göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına minnətdarlığını bildirib.
Qeyd edək ki, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun rejissorluğu ilə yeni quruluşda hazırlanan səhnə əsərinin nümayişində Gülcahan Salamova ilə yanaşı, Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, İbrahim Əlizadə, Elnarə Nağdəliyeva, Nigar Qarayeva və başqaları da iştirak ediblər.
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...