Vitse-spiker Adil Əliyev Gədəbəydə şəhid ailələri ilə görüşüb
Milli Məclis sədrinin müavini Adil Əliyev iyunun 19-da Gədəbəy rayonu Səbətkeçməz kəndində 44 günlük Vətən müharibəsinin şəhidləri Bəybala Əliyevin, Elvin Mustafayevin və Kənan Müzəffərlinin ailələri ilə görüşüb.
Şəhidlərimizin ailə üzvləri böyütdükləri igid övladları barəsində fəxrlə söz açaraq qəhrəmanlarımızın uşaqlığından, keçdikləri döyüş yollarından danışıblar, onlarla bağlı xatirələrini dilə gətiriblər.
Qeyd edək ki, Vətən müharibəsində iştirak etmiş Bəybala Əliyev Murovdağ istiqamətində, Elvin Mustafayev və Kənan Müzəffərli Zəngilan rayonu uğrunda gedən döyüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda şücaətlə döyüşərək şəhidlik məqamına yüksəliblər.
Adil Əliyev şəhidlərimizin ailə üzvlərinə bildirib ki, müqəddəs amal yolunda – vətənin düşmən işğalından azad edilməsi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq. O, şəhidlərimizin xatirəsini ehtiramla anaraq vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun tərkibində döyüşən şəhidlərimizin fədakarlıqları sayəsində torpaqlarımız düşmən işğalından azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Vitse-spiker şəhidlərimizin ailələrinə səbir diləyib, onların dərdlərinə şərik olub, qayğıları və problemləri maraqlanıb.
Şəhidlərimizin ailə üzvləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
-
Salyanda “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda toplantı keçirilib
...
-
Sabaha 36° isti gözlənilir
...
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...