SOCAR-la “Qalatasaray” arasında müqavilə imzalandı - Video
Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin “Qalatasaray” klubu arasında sponsorluq anlaşması olub.
Bu gün “Ali Sami Yen” İdman Kompleksində tərəflər arasında imza mərasimi keçirilib.
Müqaviləni “SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov və “Qalatasaray”ın prezidenti Dursun Özbek imzalayıb.
Üçillik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 000 000 avro təşkil edir.
Belə ki, “Qalatasaray” 2023/2024 mövsümündən UEFA-nın bayrağı altında təşkil olunan bütün rəsmi klub turnirlərində sinəsində SOCAR yazısı olan formada çıxış edəcək.
İmzalanma mərasimində iştirak edən “Qalatasaray”ın futbolçuları Kerem Aktürkoğlu, Yunus Akgün və Lukas Toreyra dəstəyə görə SOCAR-a təşəkkür edib.
Qeyd edək ki, SOCAR, həmçinin, mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...