Üç klubumuz Konfrans Liqasında oyuna çıxır
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.
Əvvəlcə meydana “Sabah” çıxacaq.
Murad Musayevin baş məşqçisi olduğu komanda ilk dəfə belə oyunu qəbul edən “Bank Respublika Arena”da Latviya RFŞ-ni qəbul edəcək.
“Neftçi” və “Qəbələ”nin oyunları isə bir saat sonra eyni vaxtda – 21:00-da start götürəcək. “Ağ-qaralar” Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi “Jelezniçar”la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcəksə, “qırmızı-qaralar” Kiprdə “Omoniya”nın qonağı olacaq. Konfrans Liqası II təsnifat mərhələsi, cavab oyunları 20:00. “Sabah” (Azərbaycan) – RFŞ (Latviya) İlk oyun – 2:0. Baş hakim: Fedayi San (İsveçrə). “Bank Respublika Arena”. 21:00. “Neftçi” (Azərbaycan) – “Jelezniçar” (Bosniya və Herseqovina) İlk oyun – 2:2. Baş hakim: Balaş Berke (Macarıstan). 8-ci km stadionu. 21:00. “Omoniya” (Kipr) – “Qəbələ” (Azərbaycan) İlk oyun – 3:2. Baş hakim: Adam Ladebek (İsveç). Nikosiya, “GSP Arena”.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...