“Neftçi” – “Zirə” matçının yeri dəyişdirildi
Bir müddət öncə renovasiya işlərinə start verilmiş “Neftçi Arena”nın son durumu Peşəkar Futbol Liqası tərəfindən araşdırılıb.
Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Stadionun ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil. Peşəkar Futbol Liqası tərəfindən mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu uyğun olmadığı üçün “Neftçi” klubunun rəsmi müraciətini, “Zirə” klubunun razılıq məktubunu əsas götürən PFL “Neftçi” və “Zirə” klubları arasında keçiriləcək 1-ci və 2-ci dövrə görüşlərinin yerini dəyişdirib.
Belə ki, şənbə günü baş tutacaq “Zirə” – “Neftçi” oyunu Zirə İdman Kompleksində baş tutacaq. Oyun saat 20:30-da start götürəcək.
Qeyd edirik ki, bu qərar əvəzedici komandalara aid edilmir.
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...