Salyanda Vətən müharibəsində böyük fəxarət və şücaət göstərərək şəhadət zirvəsinə yüksələn qəhrəmanlarımızın anım günü sonsuz qürur və fəxarət hissi ilə qeyd edilib
Salyan rayonunda 27 sentyabr “Anım Günü” ilə bağlı Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, həbçilər, ziyalılar, ağsaqqallar, din xadimləri və ictimaiyyət nümayəndələri iştiarak etmişlər. Anım tədbirinin iştirakçıları “Şəhidlər” abidə kompleksini, Şəhidlər xiyabanını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirələrini ehtiramla yad etmişlər.
Mərasim iştirakçıları Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Salyan rayonu Xocalı kənd sakini Məmməov Elmir Arzu oğlunun məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhuna dualar oxumuşlar.
Anım Günü ilə əlaqədar saat 12.00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
-
İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır
...
-
Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınır
...
-
Tarixi zəmin, zamanın tələbi
...
-
Bizim sözümüz imzamız qədər dəyərlidir
...
-
Salyanda “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda toplantı keçirilib
...
-
Sabaha 36° isti gözlənilir
...
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...