"Media turniri-5" start götürüb
AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalitləri arasında tanınmış idman jurnalisti, mərhum Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunmuş “Media turniri-5” start götürüb.
Açılış matçı “Əşrəfoğlunun dostları” və “CBC Sport” komandaları arasında keçirilib.
Start fitindən əvvəl mərhum idman jurnalistinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca komandalar xatirə fotosu çəkdiriblər.
İlk tur iki oyun günündə baş tutub və ümumilikdə 4 qarşılaşma reallaşıb.
Mediasport.az saytının Baş redaktoru Elvin Əhədin də heyətində yer aldığı "Dinamo-Bakı" turnirə inamlı qələbə ilə başlayıb.
"Əşrəfoğlunun dostları" - "CBC Sport" 10:6
Qollar: Səlim Abbasov (5), Rəşad Şükürov (2), Nurani İsgəndərov (2), Tarıyel İsgəndərov – Şəmsəddin Abbasov (2), İsmayıl Abdullayev (2), Firuz Abdulla, Rüstəm Əfsərli.
“Sportal” - “Dostluq” 12:1
Qollar: Mirbağır Cəfərli (5), Emin Abbasov (2), Sərxan İbrahimoğlu (2), Xanoğlan İmanov (2), Anar Əsədov – Emin Ağa.
“Zəngəzur” – “Xəzər” 2:6
Qollar: Səbuhi Həsənov, Kənan Həsənov - Nurlan İbrahimov (3), Fərid Ramazanov, Səxavət Qurbanov (2).
“Dinamo-Bakı” – “Futbol+” 10:5
Qollar: Məsim Məsimzadə (7), Səfər Qazıyev, Babək Cahandarov (2 ) - Araz Babayev, İlkin Sultan, İsmayıl Xeyrullayev, Mahir Rüstəmli, Əli Raufoğlu.
Bombardirlər:
1.Məsim Məsimzadə - 7 qol, "Dinamo-Bakı"
2-3.Mirbağır Cəfərli - 5 qol, "Sportal
Səlim Abbasov - 5 qol, "Əşrəfoğlunun dostları"
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...