Azərbaycanın qolf turizmi imkanları Portuqaliyada təbliğ edilir
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Portuqaliyanın Lissabon şəhərində keçirilən Beynəlxalq Qolf Səyahət Bazarı (IGTM) sərgisində Azərbaycanın qolf turizmi üzrə imkanları təbliğ edilib.
Məlumata görə, tədbirdə Azərbaycanı Milli Qolf Klubu və "Dreamland Golf" klubu təmsil edib.
Sabah başa çatacaq sərgidə ziyarətçilərə Azərbaycanda qolf turizmi ilə bağlı xidmətlər, qolf turpaketəri barədə ətraflı məlumat verilir, həmçinin Azərbaycanın qolf turizmi destinasiyası kimi tanıdılması istiqamətində xarici turagent və turoperatorlarla B2B (biznesdən biznesə) görüşlər keçirilir.
Dünyada qolf turizminin ən mühüm tədbirlərindən hesab edilən Beynəlxalq Qolf Səyahət Bazarı (IGTM) sərgisi qolf turizmi üzrə B2B görüşlərinin keçirildiyi və qolf destinasiyalarının bir araya gəldiyi önəmli platformalardan biridir. 1998-ci ildən etibarən keçirilən sərgi tərəfdaşlıq əlaqələrinin qurulması və qolf peşəkarlarına dəstək göstərmək məqsədilə hər il dünyanın fərqli ölkələrində təşkil olunur.
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...