Dövlət Sərhəd Xidməti, Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı Azərbaycanda keçiriləcək - VİDEO
Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatına həsr olunan mətbuat konfransı baş tutub
Tədbirdə çempionatda iştirak edəcək qonaqların sayı açıqlanıb.
Bildirilib ki, “Sərhədçi” İdman Mərkəzində keçiriləcək yarışda 19 ölkədən 400-dək nümayəndə iştirak edəcək. Beynəlxalq idman tədbirinin açılış mərasimində rəsmi qonaqlar, o cümlədən dünyanın ən böyük idman təşkilatlarından sayılan Beynəlxalq Hərbi İdman Şurasının (CISM) nümayəndələri, yüksək rütbəli hərbçilər, beynəlxalq idman aləminin tanınmış simaları qatılacaqlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycanın dünyada idman dövləti kimi tanındığı, beynəlxalq yarışlara ev sahibliyi etmək sahəsində böyük təcrübəyə malik olduğu bildirilib.
Çıxış edənlər bu sahə üzrə görülən işlər nəticəsində bir sıra mötəbər beynəlxalq idman qurumlarının dünya səviyyəli yarışların Azərbaycanda keçirilməsinə tərəddüdsüz razılıq vermələrini, ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının silsilə xarakter daşıdığını xüsusi qeyd ediblər.
Qeyd edək ki, “İdmanla Dostluq” devizi altında keçiriləcək mötəbər yarış Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq. Yarış noyabrın 27-dən dekabrın 3-dək davam edəcək.
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...