Sumqayıtda basketbol bayramına start verilib
17 noyabr Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 4 -cü turunun açılış oyunu və günün ikinci oyunu baş tutub.
Açılış oyununda Xaçmaz təmsilçisi "NTD-INDIGO", "Xəzri" klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan "NTD-INDIGO" yekunda rəqibi üzərində 86-71 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: "NTD-INDIGO" (Brendon Votkins - 22 xal, 11 ribaund), "Xəzri" (Ceremi Maklaflin - 17 xal, 4 ribaund)
Günün ikinci oyununu izləyənlər arasında Gənclər və İdman naziri Fərid Qayıbov və onun müvani Mariana Vasileva, həmçinin "Neftçi" futbol klubunun icraçı direktoru Fərrux Mahmudov, "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev də olub.
Qarşılaşmaya üstün başlayan "Neftçi", ev sahibi üzərində 90-73 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Smit Roderik - 22 xal, 9 ribaund ), "Neftçi" (Kamran Məmmədov - 21 xal, 4 asist)
Qeyd edək ki, 4 -cü turun növbəti oyunları ("Gəncə" - "Xırdalan", "Şəki" - "Cəlilabad", "Sabah" - "Sərhədçi") 18 və 19 noyabr tarixlərində baş tutacaq.
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...