Sumqayıt Tibb Mərkəzində qazi və şəhid ailələrinin üzvləri olan 170 nəfər işlə təmin olunub
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi ərazi bütövlüyümüz uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə və həmçinin müharibə iştirakçılarına hər zaman böyük diqqət və qayğı göstərir.
Belə ki, Sumqayıt Tibb Mərkəzi ümumi olaraq 2022-ci ilin fevral ayından bu günə kimi 5 390 nəfər şəhid, qazi və onların ailə üzvlərini və müharibə iştirakçılarına tibbi xidmət göstərilib. Onlardan 1 193 nəfəri şəhid ailələrinin üzvləridir.
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan mərkəzi aptek tərəfindən 48 nəfər qazi hər ay bütün psixoaktiv preparatlarla təmin olunurlar.
2022-ci ilin bu ilin fevral ayından bu günədək qazi və şəhid ailələrinin üzvləri olan 170 nəfər Mərkəz tərəfindən işlə təmin olunub.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına və ailə üzvlərinə göstərilən tibbi xidmət tərəfimizdən bundan sonra da daimi diqqətdə saxlanılacaq və onların müayinə və müalicəsinin təşkili istiqamətində görülən tədbirlər həyata keçiriləcəkdir.
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...