Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək
16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.
Azərbaycan Kubokunun təşkilində məqsəd ölkənin ağırlıqqaldırma idman növünün bölgələrdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətləri və klublarında ağırlıqqaldırma idman növünün səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli idmançıların aşkar edilməsi, texniki cəhətdən hazırlıqlı və müvafiq tələbləri yerinə yetirən idmançıların yığma komandalara seçilməsi, Paris-2024 Yay Olimpiya Oyunların təsnifat xarakteri daşıyan Avropa çempionatında iştirak edəcək heyətin tərkibinin müəyyən olunmasıdır.
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...