Çövkən üzrə Prezident Kuboku keçiriləcək
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 15-24 dekabr 2023-cü il tarixlərdə Binə Atçılıq Mərkəzində, Çövkən üzrə Prezident Kuboku uğrunda yarışlar keçiriləcək.
Yarışda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə Prezident Kuboku uğrunda yarışlar təşkil olunacaq.
Çövkən üzrə Prezident Kuboku uğrunda mübarizədə 2 qrup olmaqla “Sərhədçi-Dilbaz”, “Şirvan”, “Sərhədçi-Qarabağ”, “Zəfər”, “Polad”, “Embavood”, “Köhlən” və “Omar” çövkən komandaları iştirak edəcəkdir.
Çempionata 15 dekabr saat 10:00-da start veriləcək.
Günün 3 oyunu 10, 11 və 12-də ardıcıllıqla baş tutacaq.
Daha sonra 15:00-da təntənəli açılış mərasimi təşkil olunacaq.
1 saatlıq rəsmi hissədən sonra 16:00-da günün sayca 4-cü və son qrup oyunu keçiriləcək.
17 və 19 dekabr 2023-cü il tarixdə hər gün 4 oyun olmaqla Prezident Kubokunun digər 8 qrup oyunu səhər 10:00-dan etibarən oynanılacaqdır.
21 Dekabr 2023-cü il tarixdə saat 10:00 və 11:00-da qruplar arasında yarımfinal oyunu keçiriləcəkdir.
23 Dekabr 2023-cü il tarixdə Çövkən üzrə Prezident Kuboku oyunun 3-cülük uğrunda oyunu keçiriləcək.
3-cülük uğrunda oyun 10:00-da başlayacaqdır.
24 Dekabr 2023-cü il tarixdə Final oyunu keçiriləcəkdir.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...