Qurban Qurbanov: “Seçkilərdə birlik, vətənə məhəbbət hiss olunur”
"Seçkilərdə sevinc hissi ilə iştirak etdim və səsverməyə gələn digər insanlarda da bunu gördüm”.
Bunu əməkdar məşqçi, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov 17 saylı Yasamal üçüncü seçki dairəsinin 2 saylı məntəqəsində jurnalistlərə açıqlamasında deyib.
"Seçkilərdə iştirak çox əhəmiyyətlidir və mənim üçün xoş oldu. Hamımız çoxdandır bu anı gözləyirdik. Mən də səsimi verdim. Hamının çox istəkli, fəal şəkildə seçkilərdə iştirak etdiyini müşahidə edirəm. Seçkilərdə birlik, vətənə məhəbbət hiss olunur".
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır (“Report”).
-
Prezidentlə xanımının “Crescent Mall”un açılışından - Fotoları
...
-
Leyla Əliyeva Berlində işgüzar səfərdə olub - Fotolar
...
-
Kəndlərlə bağlı məlumat Prezidentə belə məruzə edildi - Video
...
-
Milli Məclis İlham Əliyev və xanımını təbrik edib
...
-
İlham Əliyev “Euronews”a müsahibə verib - Fotolar
...
-
Əliyevin Rəhmonla təkbətək görüşü başladı
...
-
Emoməli Rəhmon Heydər Əliyevin məzarını ziyarət etdi
...
-
PA-da yeni təyinat - Sərəncam
...
-
Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
...
-
Mehriban Əliyeva Hidayəti belə təbrik etdi
...