İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
Sərhədçilər İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, fevral ayının 19-da saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.
Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq sərhəd pozucuları əmrə tabe olmayıb, havanın qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.
Aparılmış axtarış tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 15 kq 600 qram narkotik vasitə marixuana, 30 ədəd Prostahealth və 1000 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M-40 həbləri aşkar olunaraq götürülüb.
-
“Könül DTX zabiti olduğunu, xüsusi tapşırıqla həbsə salındığını demişdi”
...
-
Rəşad Dağlının işinə bu hakim baxacaq
...
-
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barədə qərar verildi
...
-
DTX onu da saxlayıb
...
-
Saxlanılan 4 nəfər DTX-də dindirilir
...
-
Fazil Mustafaya qarşı silahlı hücumla bağlı 4 nəfər saxlanıldı - Rəsmi
...
-
Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu
...
-
Rəşad Dağlının cinayət işi məhkəməyə göndərilib
...
-
Fazil Mustafa güllələndi
...
-
Azərbaycanda terror aktı hazırlayan casuslar həbs edildi - Video
...