"Elitaya vəsiqəni təmin etməklə yeni tarix yazacağıq"
Dünən 1-ci liqada 15-ci tura yekun vuruldu.
Gərgin keçən qarşıdurmalardan biri "Zaqatala" - "İmişli" cütü idi. Matç qonaqların 2:1 hesablı qələbəsiylə başa çatdı. "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlov Azeripress.az saytına açıqlamasında oyunla bağlı bunları dedi:
"Çempionatın 2-ci dövrəsinə son dərəcə ciddi və yaxşı hazırlaşmışıq. Heyətimizə cəlb olunan yeni oyunçular da gücümüzə güc qatır. Qarşımıza çempionluq hədəfi qoymuşuq. Hədəf böyük olanda görüləcək işlərində miqyası böyük olur. Son turdakı "Zaqatala" ilə səfər oyunu də mövsümdə ən çətin matçlarımızdan biri oldu. Zaqatala təmsilçisi həm 1-ci liqa təcrübəsi, həm məşqçi heyəti, həm də oyunçularına görə istənilən rəqibə baş ağrısı ola bilər. Zaqatala rayonundakı mövcud hava şəraiti də işimizi müəyyən qədər çətinləşdirdi. Buna rəğmən meydanda döyüşüb bizə lazım olan qələbəni qazandıq. Bizi sevindirən odur ki, futbolçularımız hansı məsuliyyətin altına girdiklərini anlayır və hər turdakı oyuna final matçı kimi yanaşırlar. Komandamızda belə abu-havanın olması bizi çox irəli aparacağını düşünürəm. İnşallah əlimizin altlnda olan futbolçularla elitaya vəsiqəni təmin edəcək və İmişli futbolunda yeni tarix yazacağıq".
Aqşin bəy "Qarabağ"ın 1/8 final mərhələsinə yüksəlməsindən də danışıb:
"Dünən "Qarabağ" möhtəşəm oyunu ilə Azərbaycan futbolunda gözək tarix yazdı. Ağdam klubunun uğuruna çox sevinirik. Xüsusən də o komandada İmişlidən olan Bəhlul Mustafazadə kimi futbolçunun olması bizi çox fərəhləndirir".
ABDULLA İSMAYILOĞLU
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...