Güclü külək əsəcək - Xəbərdarlıq
Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometetologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından 8-i səhərədək şimal-qərb küləyinin qısamüddətə 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir, axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 7-si dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u səhərədək qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Martın 7-si gündüzdən 8-i gündüzədək qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
-
Qarşılıqlı əməkdaşlıq regionun xoş gələcəyi deməkdir
...
-
Türk dünyasının birliyi istiqamətində böyük səylər göstərilir
...
-
Geniş potensial və möhkəm siyasi iradə
...
-
Agentlik sədri iki qudasına yüksək vəzifə verib
...
-
Sabah 39° isti olacaq
...
-
Sabahın havası - 40° isti
...
-
Qurban bayramının namazı bu saatlarda qılınacaq
...
-
Birinci Qarabağ Müharibəsi şəhidi Rövşən Əliyev Xırdalan Şəhidlər Xiyabanında dəfn edildi
...
-
Azərbaycan etibarlı tranzit ölkədir
...
-
Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir
...