Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində ilk turun oyunları keçirilib.
Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət komandaları 8 qrupda mübarizə aparırlar.
Turnirin açılış günündə Yeni Suraxanı komandası Əmircan üzərində 5:0 hesablı qələbə qazanıb. Nardaran - Kürdəxanı (1:1), Maştağa - Pirşağı (2:2), Zabrat - Sabunçu (1:1), Mehdiabad - Görədil (1:1) və Aşağı Güzdək - Məmmədli (2:2) komandaları arasında görüşlərdə qalib müəyyənləşməyib. Balaxanı isə Ramanadan güclü olub - 1:0.
Növbəti matçların nəticələri aşağıdakı kimidir:
Biləcəri - Saray 3:0
Binəqədi - Masazır 7:0
Bülbülə - Hövsan 1:1
Qala - Şağan - 2:2
Zirə - Türkan 12:0
Qaraçuxur - Əhmədli 3:0
Günəşli - Keşlə 10:1
Şüvəlan - Buzovna 1:1
Mərdəkan - Binə 4:1
Qeyd edək ki, yarışa mayın 10-da final qarşılaşması ilə yekun vurulacaq.
-
Millimiz 1/4 finalda dayandı
...
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümünün gündəliyi müzakirə olunub
...
-
Millimiz 1/4 finalda!
...
-
İkinci liqaya vəsiqə qazanan komanda müəyyənləşdi
...
-
“Neftçi”dən ayrıldı, Basketbol Federasiyasında vitse-prezident oldu
...
-
Millimiz qrup lideri oldu
...
-
AFFA Barış Şimşəklə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib
...
-
Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq
...
-
Dünya Qadın Seriyası: Millimiz mübarizəni dayandırdı
...
-
Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı - Fotolar
...