Azərbaycanın səslərini Aysel açıqlayacaq
“Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın səslərini açıqlayacaq şəxs bəlli olub.
Bu missiya “Avroviziya-2009“ təmsilçimiz Aysel Teymurzadəyə həvalə olunub.
“12 points go to... Mayın 11-i İctimai Televiziyanın efirində bu əfsanəvi sözləri Aysel tərəfindən eşidəcəyik!”, - telekanalın paylaşımında deyilir.
Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər. Yarışmada şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək.
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...
-
Dövlət Turizm Agentliyi: Tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir
...
-
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib - Fotolar
...