Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
![icon](views/azeripress/images/read.png)
![Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib](http://azeripress.az/images/article/big/1714389241.jpg)
Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 8 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.
1/4 final mərhələsinin ilk günündə "Günəşli" və "Şağan" komandaları üz-üzə gəlib. Komandalar arasında baş tutan görüş "Günəşli"nin qalibiyyəti ilə yekunlaşıb - 3:0. Növbəti görüşdə "Qaraçuxur" "Mərdəkan" komandasına 2:5 hesabı ilə uduzub.
Yarışın ikinci günündə 1/4 final mərhələsinin növbəti oyunları keçirilib. "Zabrat" və "Biləcəri" arasında baş tutan görüşdə "Biləcəri" qalib olub - 1:0. "Sabunçu" "Aşağı Güzdək" komandasına 1:3 hesabı ilə məğlub olub.
Qalib komandalar yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
...
-
Azərbaycan Premyer Liqasında sonuncu tura vacib oyunlarla start verilir
...
-
Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub
...
-
Millimizin Qəbələdə bütün rəqibləri bəlli oldu
...
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...