Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
Heydər Əliyev Fondunun təşəbbüsü ilə sayca 7-ci dəfədir təşkil edilən “Bakı marafonu-2024” keçirilib.
“Küləyə qalib gəl” şüarı ilə təşkil edilən marafonda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) da iştirak edib. Marafona federasiyanın rəhbər heyəti, məşqçilər və idmançılar qatılıb.
Məlumat üçün bildirək ki, “Bakı marafonu 2024”də 18 mindən çox iştirakçı yarışıb. Həmçinin marafona 200 nəfərdən artıq fəxri qonaq, 6 mindən çox tələbə, tanınmış incəsənət nümayəndələri, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrdən qoşulublar.
“Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonun start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marşrut Dənizkənarı bulvar ərazisindən keçməklə şəhərin mərkəzi küçə və prospektlərini əhatə edib.
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...