Lənkəran-Lerik yolunda torpaq sürüşməsi aktivləşib
Yağıntılı hava şəraiti Lənkəran-Lerik yolundakı sürüşmə sahəsində yenidən aktivlik yaradıb.
Oxu.Az-ın APA-ya istinadən məlumata görə, hazırda sözügedən yolun 17, 18, 20, 22, 23, 27, 33 ,41, 45-ci kilometrliklərində yolun hər iki tərəfindəki torpaq qatında mütəmadi sürüşmə gedir və yola qaya parçaları, daş, böyük həcmdə gil və torpaq qatı tökülür.
Ən gərgin vəziyyət isə yolun 23 və 46-cı kilometrliklərində yaranıb.
Bu ərazidə torpaq qatı böyük kütlə şəklində sürüşərək yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti üçün maneələr yaradır. Yolda hərəkətin intensivliyini təmin etmək məqsədilə 43 saylı Yol istismar idarəsinin qüvvəsi gücləndirilmiş iş rejimində çalışır. Yolda mütəmadi təmizləmə işləri həyata keçirilir.
Hazırda rayonda yağıntılı hava şəraiti müşahidə olunur.
S.B.
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...