Biləsuvar İH başçısının "Sahil" sərgüzəştləri: Mahir Quliyev ofisant olub?

15:21 06-02-2017 | icon 5977
Biləsuvar İH başçısının "Sahil" sərgüzəştləri: Mahir Quliyev ofisant olub?
Mahir Quliyevin maraqlı keçmişi: "Cənab başçı, çəngəl-bıçaq düzmək sizin işiniz deyil, buranı «Sahil» restoranı ilə səhv salmayın"
 
Biləsuvarın icra başçısı Mahir Quliyevin maraqlı keçmişi olub. Ümumiyyətlə, onun icra başçısı gətirilməsi prosesi də çox maraqlı alınıb. Bununla bağlı məlumatlı olan şəxslərdən verilən məlumata görə, Quliyevin ilk fəaliyyət dövrü Bulvarda yerləşən “Sahil» restoranından başlayıb. İlk olaraq ofisant kimi işə götürülən Quliyev qısa müddətdən sonra bacarığına görə irəli çəkilir. Daha sonra isə o, «Sahil» restoranının admnistratoru olur.Məlumatda qeyd olunur ki, Heydər Əliyevin hakimiyyətə yeni gəldiyi dövrlərdə Bakıda ən gözəgəlimli və pristijli restoranlar sırasında olan «Sahil»ə məmurlar davamlı olaraq gəlirmişlər. Həmin məmurlar sırasında əksər nazirlərlə yanaşı, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev də təşrif buyururmuş. Restoranın müdiri ilə münasibətləri çox yaxşı olan Mehdiyevin davamlı olaraq «Sahilə» qədəm basması günün birində Mahir Quliyev üçün perspektivin açılmasına yardımçı olur.

 

Belə ki, restoranın müdiri daima onlara qulluq edən Mahir Quliyevin yaxşı bir işə keçirilməsi ilə bağlı Ramiz Mehdiyevdən xahiş edir. Hətta bildirir ki, o, hakimiyyətin etibarlı adamlarından biridir və Heydər Əliyevə sadiq adamdır. Mehdiyev də bir müddət götür-qoy etdikdən sonra Quliyevi Astara rayonuna İcra Hakimiyyətinin başçısı vəzifəsinə göndərtdirir. Orada bir müddət icra başçısı işləyən Quliyevin ən maraqlı olayı isə təyinatından bir neçə ay sonra baş verir.

Daxil olan məlumatda deyilir ki, Mahir Quliyev Bakıdan gələn qonaqları qarşılamalı olur. Dövlət işlərində heç zaman işləməyən sözügedən şəxs gələn qonaqları qarşıladıqdan sonra müşavirə keçirir və ilk iclasda da dili topuq vurmağa başlayır. Hətta çıxışı zamanı bir neçə dəfə ciddi səhvlərə yol verdiyi halda, Prezident Admnistrasiyasından gələnlər bunu onun "molodoy"luğuna bağışlayırlar.

İş gəlib rəsmi hissədən, ziyafət bölümünə keçir. Elə gülməli hadisə də bu zaman baş verir. Belə ki, öncədən restoranlardan birinə hazırlıq görülməsi barədə göstəriş verən Mahir Quliyev rəsmi tədbir qurtaran kimi, qonaqları İcra Hakimiyyətinin binasında qoyaraq, təcili həmin restorana gedir. İcra başçısının müavini orada olduğundan başçının gəlişindən təəccüblənir. Mahir Quliyev isə ziyafət zalına daxil olan kimi, tez-bazar masanın üzərini düzəltməyə, çəngəl-bıçağı qaydasında qoymağa başlayır. Bunu görən müavini ona yaxınlaşaraq deyir: "Cənab başçı, bu işlər sizlik deyil. Onlarla məşğul olan ofisantlar var. Siz icra başçısısınız. Bura da "Sahil" restoranı deyil".

Həmin bu sözlərdən sonra ayılan Mahir Quliyev Astarının icra başçısı olduğunun fərqinə varır və yadına düşür ki, Bakıdan gələn qonaqları İcra Hakimiyyətinin binasında qoyub gəlib.(gunxeber.com)


Digər xəbərlər

0.31837797164917