Millət vəkili hökümətə üsyan etdi: “İnsanlar iş yerindən olur”

19:49 06-02-2017 | icon 6298
Millət vəkili hökümətə üsyan etdi: “İnsanlar iş yerindən olur”

“Yalançı diplom istehsal edən universitetlərlə bilik istehsal edən fərqlidir. Universitetləri bağlamaq da adi məsələ deyil. Burada yüzlərlə məllimin, tələbənin taleyi həll olunur”

Bu sözləri Politika.Az-a deputat Fazil Mustafa universitetlərin bağlanması haqda danışarkən deyib.

Onun sözlərinə görə, təkcə Azərbaycan Beynəlxalq Universitetinin bağlanması ilə nə qədər insan acınacaqlı vəziyyətə düşdü: “Bu baxımdan hesab edirəm ki, məsələyə fərqli konteksdən yanaşmaq lazımdır. Məsəlçün “Qafqaz” universiteti ilə “Təfəkkür” universiteti eyni deyil.

”Qafqaz” universiteti təhsil istehsal edən universitet idi və tələbələrdə buranı seçirdilər.Ümumiyyətlə, universitet məsələsinə subyektiv prizmadan yaxınlaşmaq olmaz.Ona görə bu ənənənin davam etməsinə mənasız yerə insanların iş yerlərindən məhrum olması prosesi kimi baxıram.Alternativlər göstərilməlidir”.

F.Mustafanın fikrincə, universitetləri bağlamaq çıxış yolu deyil:“Ancaq bəzi özəl universitetlərlə bağlı müəyyən addımlar atmaq lazımdır.

Ona görəki, bir-birini təkrar edən universitetlərin olması problemdir. Faktiki olaraq, Azərbaycanın ən tanınmış universitetləri tələbəni soymaq yeridir. Tələbə həm oxumur, həm də universitet oxumamağından istifadə edir.

Çünki həmin o universitetlər tələbənin oxumağında maraqlı deyillər. Savadlı tələbə pul verməyən tələbədir. Çox dərs buraxan,oxumayan tələbə nə qədər çox olsa o qədər də çox pul gələcək. Problemin əsas kökü budur”.


Digər xəbərlər

0.2618088722229