“Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası”nın açılış mərasimi keçirilib

19:18 13-09-2017 | icon 2951
“Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası”nın açılış mərasimi keçirilib

Sentyabrın 12-də Qaradağ Təlim-İdman Bazasında “Neft, qaz və kimya sənayesi
işçilərinin XXV Spartakiadası”nın açılış mərasimi oldu. Açılış mərasimində SOCAR
prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı
Aydın Hüseynov Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Qaradağ rayon
İcra Hakimiyyəti başçısının birinci müavini Emin Abbasov və Bakı şəhər Gənclər və
İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya və Dünya çempionları iştirak
etdilər. Spartakiadanın baş hakimi Hicran Şərifov təşkilat komitəsinin rəhbərinə raport
verdikdən sonra çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev idmançıları bu
möhtəşəm idman bayramı münasibəti ilə təbrik edərək bildirdi ki, Respublikamızda
bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artmaqdadır. Bunun
sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın
Ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın
da inkişafını daim diqqət mərkəzində saxlamış, kütləvi idman növlərinin geniş
yayılmasına diqqət və qayğı göstərmişdir. Ulu öndərin siyasi kursunun layiqli
davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bu gün
ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir. R.Abdullayev dövlətin
idman siyasətinin həyata keçirilməsində SOCAR-ın daim fəallıq göstərməsindən söz
açdı və Spartakiada iştirakçılarının sayının ilbəil artmasının sevindirici hal olduğunu
bildirdi. Qeyd olundu ki, Neft zəhmətkeşlərinin builki idman yarışlarında 14 idman növü
üzrə mübarizə aparan 31 komandanın tərkibində 1238 nəfər iştirak edir ki, onlardan da
201-i qadındır. Çıxışının sonunda R.Abdullayev Spartakiada iştirakçılarını bir daha
təbrik etdi və yarışlarda onlara uğurlar arzuladı.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, veteran neftçi Zaməddin
Həmşəyev Azərbaycanda idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi
sahəsində görülən işlərdən söz açdılar. Bildirdilər ki, paytaxtla yanaşı, Respublikamızın
müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman
kompleksləri tikilir və bu komplekslərdə yüksək səviyyəli idmançılar hazırlanır.
Keçirilən ənənəvi Spartakiadanın ölkə idmanı üçün əhəmiyyətini vurğulayaraq, ölkədə
bədən tərbiyəsinin və idmanın inkişafında və eyni zamanda gənc nəslin fiziki və mənəvi
cəhətdən sağlam böyüməsində neftçilərin xüsusi rolu olduğu qeyd olundu. Daha sonra
idmançıların nümunəvi çıxışları odu.
Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri idmançılar qarşısında çıxış
etdilər.
Sentyabrın 11-də start götürmüş Spartakiadaya ayın 17-də yekun vurulacaq.

 


Digər xəbərlər

0.22411489486694