Ya Əbülfəz (Məlikov), jurnalistlərə kömək ol! - Mətbuat Şurasının saytlardan sildirdiyi yazı

13:01 20-09-2017 | icon 3989
Ya Əbülfəz (Məlikov), jurnalistlərə kömək ol! - Mətbuat Şurasının saytlardan sildirdiyi yazı

Azərbaycan dövləti 25 ildən artıqdır ki, azad bazar iqtisadiyyatı yolunu tutub. Bu ölkənin əsas qanununda da təsdiq olunub. Azad bazarın əsas qanunu rəqabət mühitinin olmasıdır. Yəni monopoliya-inhisarçılıq olan yerdə azad bazardan danışmaq mənasız işdir.

Çox təəssüf ki, uzun illərdir Azərbaycan iqtisadiyyatında “Broker MMC” deyilən, əslində Əbülfəz Məlikov adında bir ad dolaşır. Bu ad imkan vermir ki, sanki ölkədə azad sahibkarlıq inkişaf etsin. Ona görə də azad rəqabətin olmadığı, inhisarçılığın meydan suladığı yerdə qiymətlər durmadan, özü də süni şəkildə artır.

Təsəvvür edirsiniz, Bakı şəhərindəki qiymətlər dünyanın ən bahalı şəhərlərindəki qiymətlərdən çoxdur. Bunun isə əsas səbəblərindən biri kimi sanki Əbülfəz Məlikovun “Broker”i göstərilir.

Ölkə başçısı dəfələrlə inhisarçılığa, süni qiymət artımına qarşı kəskin mövqe ortaya qoysa da, bu sanki Əbülfəz Məlikovu öz yolundan döndərmir. Digər tərəfdən Əbülfəz Məlikovun adı qonşu ölkələrin maliyyə polisinin siyahısına düşdüyü deyilir. Yəni bu şəxsin əməlləri qonşu ölkələrlə Azərbaycanın sağlam əsasda iqtisadi əlaqələrinə də əngəl yaradır.

Amma ən dəhşətlisi odur ki, deyilənə görə, Əbülfəz Məlikov dünyanın bir çox ölkələrindəki “otxod” məhsulları, qadağan olunmuş qidaları ölkəmizə gətirir. Bu adam barəsində dəfələrlə istehlak və qida üzrə ekspertlər bəyan ediblər ki, Əbülfəz Məlikovun əcnəbi ölkələrdən Azərbaycana kərə yağı adı altında gətirdiyi məhsulun mənşəyi bəlli deyil.

Deyilənə görə, Çindən ölkəmizə sintetik qida məhsullarını da gətirən yenə də Əbülfəz Məlikov olub. Ölkə mətbuatında onun bu qorxunc əməlləri ilə bağlı ardıcıl yazılar dərc olunandan sonra Vergilər Nazirliyi məcbur olub onu nə az, nə də çox …düz iki milyon manat cəriməldi və şərt qoydu ki, onunla bağlı məqalələr ölkə mediasından təmizlənsin. Və bu iş jurnalistlərdən birinə həvalə olundu. Ancaq həmin jurnalist bu işi peşəkarcasına deyil, “qeyri-professional” şəkildə həyata keçirdiyi üçün “görəvindən” uzaqlaşdırıldı. Və sonda Əbülfəz Məlikov məcbur olub bu işi hörmətli şəxslərdən birinə tapşırdı. Bundan sonra Əbülfəz Məlikov barəsində yazanlara həmin yerdən zənglər, xahişlər, təkliflər, bazarlıqlar, hətta təzyiqlər başladı. Hətta təzyiq edən şəxslərdən birinin səsi yazılaraq cəmiyyətə çatdırıldı.

Bu gün demək olar ki, ölkə mətbuatının əksər hissəsi məlum səbəbdən Əbülfəz Məlikovdan yazmır. Sözün qısası, Əbülfəz Məlikov artıq Azərbaycan mediasını da zəhərləyib.

Azad və müstəqil Azərbaycan mediasını Əbülfəz Məlikovun əsarətindən qurtarmağın zamanı çoxdan çatıb. Qoy, hüquq-mühafizə orqanları araşdırsın görək, Əbülfəz Məlikov aşağıdakı imperiyasını nəyin hesabına yaradıb:

1. Moskvada “Fud Siti” də meyvə ticarəti
2. Krasnodarda meyvə-tərəvəz plantasiyası
3. Riqa şəhərində restoranlar şəbəkəsi
4. Almaniya da tarqovı adlanan küçəni alaraq özəlləşdirməsi və s.

Qeyd edək ki, bu yazı legion.az, kivnews.com və bir neçə saytda dərc olunub, amma sonradan silinib. Mənbələr Mətbuat Şurasının məsələyə qarışaraq yazını sildirdiyi iddia olunur. Görəsən, niyə? Marağı nə olub?(qaynarxett.az)


Digər xəbərlər

0.28738880157471