Qaradağ bu gün dövrünün ən yüksək səviyyəsini yaşayır...

10:00 27-09-2017 | icon 799
Qaradağ bu gün dövrünün ən yüksək səviyyəsini yaşayır...
loading...

Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirdi, iqtisadi artımın davamlılığı təmin olundu. Makroiqtisadi sabitlik qorunub saxlanıldı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətləndi, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olundu, sahibkarlığa dövlət dəstəyi gücləndirildi, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradıldı, əhalinin sosial rifahı daha da yaxşılaşdı

Zamanın sınağından çıxmış Heydər Əliyevin inkişaf strategiyasına uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan həm də özünün uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edib. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da bu məqsədə xidmət edir.

Ölkəmizdə son illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri rayonların, şəhər və kəndlərin inkişaf yoluna çıxarılmasıdır. Azərbaycanın coşqun inkişafının, sürətli yüksəlişinin, günü-gündən dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də hər zaman öz yüksək tərəqqi tempi ilə seçilən Qaradağ rayonudur. Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində bölgənin aparıcı rayonlarından olan Qaradağ rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda da uğurla davam etdirilir.

Ümumiyyətlə isə bu rayonunun inkişafından danışarkən qeyd etməliyik ki, bu tərəqqinin müəllifi Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılovdur . Qazanılan hər bir nailiyyətə rayon başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Təqdirəlayiq haldır ki, bu rayonu Azərbaycanda öncüllər sırasına çıxaran əsas cəhətlərdən biri sosial-iqtisadi sferada əldə olunan uğurlardır. Həyata keçirilən məqsədyönlü siyasət və dövlət qayğısı nəticəsində son illər rayonunda müasir standartlara cavab verən məhsul istehsal edən orta və kiçik müəssisələr yaradılıb.

Səhiyyə və təhsil müəssisələri, yollar, piyada keçidləri, parklar, infrastruktur obyektləri, yeni inzibati binalar istifadəyə verilib, tarixi memarlıq abidələri, dini-mənəvi dəyərləri yaşadan obyektlərin bərpası ilə bağlı önəmli işlər görülüb. Görülmüş bütün işlər Qaradağ sakinlərində dövlətə inamı, Azərbaycan Prezidentinə etimadı daha da möhkəmləndirib, Rayonu İcra Hakimiyyətinin Başçısı Süleyman müəllimin siyasi kursunun alternativsizliyini bir daha təsdiq edib.

Rayonun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2017-ci il ərzində mühüm işlər görülüb. Təbii ki, inkişaf etməkdə olan rayonun daha da abadlaşdırılması, həyata keçirilən quruculuq işlərinin uğurla davam etdirilməsi, rayon sakinlərinin daha rahat yaşamaları, çalışmaları və istirahətləri üçün qarşıda daha mühüm və ciddi vəzifələr durur və Süleyman Mikayılov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. 

Onun vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda da həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də Süleyman müəllimin aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Süleyman Mikayılovun fəaliyyətinin ilk günündən işinə layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır.


Digər xəbərlər

0.24832201004028