Yardımlı icra başçısı Prezident Administrasiyasının adından pul yığır - Faktlar
Yardımlı Rayon İcra Hakimiyyəti büdcə təşkilatlarına “tas” qoyub. Qazaxdan Yardımlıya transfer olunmuş icra başçısı Ayaz Əsgərov və müavinləri idarələrdən bir aylıq maaşı tələb edir.
Bu barədə rayonun Emil adlı sakini yazıb. Onun sözlərinə görə, icra başçısı ilə müavinləri büdcə təşkilatlarına təzyiq göstərir. Bu azmış kimi, pul yığımında Prezident Administrasiyasının adından istifadə edir.
Guya PA-dan tapşırılıb ki, büdcə təşkilatlarının əməkdaşları bir aylıq əmək haqqını bağışlasın. Bundan başqa, bayramlarda verilən premiyanı icra hakimiyyətinə versin.
Buna səbəb kimi fındıq tinglərinin alınması göstərilib. Belə ki, Yardımlıda fındıqçılıq inkişaf etdirilir. İşçilər gözünü maaşa dikib, onu da icra başçısı əllərindən alır. Üstəlik, əmək haqqını verməyənlər təhdid olunur. Onlar işdən azad edilməsi ilə hədələnir.
Bildirilib ki, artıq tariflər müəyyənləşdirilib. Təhsil sahəsində çalışanların hər birindən 43 manat, səhiyyə işçilərindən 43 manat, mədəniyyeət işçilərinin hər birindən 43 manat tələb olunur.
Eyni zamanda İnzibati Ərazi Dairələrinə tapşırılıb ki, 90 nəfər kənd sakinləriylə birlikdə 43 manat və əgər pulu yığa bilməsə, ərazi nümayəndəliyi öz cibindən 4000 manat verməlidir.
Yardımlının icra başçısı göründüyü kimi, fındıqçılığın inkişafını PA-nın adından istifadə etməklə büdcə təşkilatlarında işləyənlərin cibindən çıxarır.
Bu da rayonda ciddi narazılıq yaradıb. İnsanların dolanışığı çətinləşib, maaş yaşamağa çatmır, qiymətlər bahalaşıb. Bu vəziyyətdə A.Əsgərov Yardımlıda sosial gərginlik yaradır. Əhalini dövlətdən narazı salan icra başçısı hakimiyyətə qarşı iqtisadi təxribatla məşğuldur.(Politika.az)
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah da yağış yağacaq
...
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
...