Akademik M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanası etibarlı əllərdədir

12:30 01-08-2019 | icon 3918
Akademik M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanası etibarlı əllərdədir

Akademik M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov sədaqət nümunəsidir

Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Akademik M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovdur.

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanası inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Mübahisəsiz demək olar ki, bu gün xəstəxanamız istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir.


Xəstəxanada baş verən kardinal struktur dəyişiklikləri bütün şöbələri əhatə edib. Belə ki, bu gün Xəstəxanada müasir dünya klinikaları üçün xarakterik olan bütün şöbələr - Konsultativ Poliklinika, Təcili tibbi yardım xidməti, Ürək və damar xəstəlikləri şöbəsi, Cərrahiyyə və orqan, transplantasiyası şöbəsi, Urologiya şöbəsi, Ginekoloji şöbə, Doğum şöbəsi, Otorinolarinqoloji şöbə, Oftalmoloji şöbə, Terapiya şöbəsi, Sənaye təbabəti xidməti, Fizioterapiya və tibbi bərpa şöbəsi, Hemodializ şöbəsi, Əməliyyat bloku, Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi
Xəstəxana xidmətləri, tibbi sığorta, standartlaşdırma və marketinq şöbəsi, Şüa diaqnostika şöbəsi, Laboratoriya, Qan köçürmə şöbəsi fəaliyyət göstərir.

Xüsusilə qeyd etmək lazımdır ki, xəstəxananın elmi potensialı ildən-ilə yüksəlir, ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənmiyən yüksək ixtisaslı mütəxəssislərimiz peşəkarcasına işin öhdəsindən gəlməklə, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər.
Bizim əsas məqsədimiz xəstəxananın və tibbi personalın imkanlarından geniş istifadə edərək müraciət edən insanlara ən yüksək səviyyədə tibbi xidmətləri göstərmək və xəstəxana nəzdində illərlə yaranmış tibb məktəbini inkişaf etdirməkdir.


“Kişilərin karvanı keçən yerə …. çox olar” deyib atalar

Bu günlər ölkənin internet mediasında, Akademik M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovla bağlı qərəzli-xöşagəlməz məlumatlar yer alır. Öz işgüzarlığı həmişə öndə olan Telman müəllim adıçəkilən xəstəxanaya gəldikləri vaxtdan xəstəxanada hərc-mərclik yaratmaq istəyənlərin hədəfinə çevrildi. Amma çox çəkmədi o şəxslərə də yerini göstərdi öz islahatlarılya Telman müəllim…

Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Telman İbadovun bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Telman müəllimə qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, o, dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edirlər. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.

Özünü tanımayanlar, millətini sevməyənlər, ailəsinə hörmət etməyənlər bilməlidirlər ki, “kişilərin karvanı keçən yerə …. çox olar” deyib atalar. O, kişilər ki, yaxşıya, kimsəsizə, dostluğa, vətəninə sahib çıxıb, bir ömür sadiq olanlardı- desək yanılmarıq. Öz xeyirxahlığı ilə həmişə bu kişilər içində olan Telman İbadova bir görəv verilib. O, görəv ki, ölkə başçısı ona çox inanır və onun sadiqliyinə tam əmindir. Onun üçündə “yel qayadan nə aparar ki…”


Digər xəbərlər

0.26519513130188