Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının IX konfransı keçirilmişdir
Noyabrın 2-də Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının IX konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül- çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda YAP Siyasi Şurasının üzvlərindən MM-in komitə sədri Hadı Rəcəbli və Milli Məclisin deputatı Mirkazım Kazımov, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, MM-in deputatı Əliağa Hüseynov iştirak etmişlər.
Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və onun 25 illik uğurlu fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Konfransda YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov çıxış edərək partiyanın 25 ildə keçdiyi əzmkar yolundan, siyasi meydana çıxmasının mövcud ictimai-siyasi şəraitdən asılı olmasından danışmış, rayon təşkilatının fəaliyyəti haqqında geniş hesabat vermişdir. Natiq bildirmişdir ki, YAP Salyan rayon təşkilatı rayonda keçirilən bütün ictimai-siyasi tədbirlərdə yaxından iştirak etmişdir.
Sonra məruzə ətrafında çıxış edənlər Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulamışlar.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılmış, Rəşad Cəbrayılov yenidən yekdilliklə YAP Salyan rayon təşkilatının sədri seçilmişdir. Sonra 51 nəfərdən ibarət şura, 17 nəfərdən ibarət idarə heyəti, 7 nəfər tərkibdə nəzarət təftiş qrupu seçilmişdir.
Konfransın yekununda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik münasibətilə rayonun ictimai-siyasi həyatında fərqlənənlərə YAP rayon təşkilatı tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr və partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...
-
Sülh sazişi niyə imzalanmır? - Video
...
-
Qarşılıqlı həmrəylik və dəstək güclü olanda
...